"Ayın qolu" layihəsinin sentyabr üzrə qalibi mükafatlandırıldı

"Ayın qolu" layihəsinin sentyabr üzrə qalibi mükafatlandırıldı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında "Ayın qolu" layihəsinin növbəti qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, sentyabr ayının qalibi "Şahdağ Qusar"ın hücumçusu Ruslan Voronsov olub.

Forvarda mükafatı 6-cı turun "Cəbrayıl"la oyunundan əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.