"Xankəndi" yeni məşqçi gətirdi
2-ci liqada yarışan “Xankəndi” klubunda yeni təyinat rəsmiləşib.
"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi qapıçılar üzrə məşqçi Elçin Sadıqovla anlaşıb.
36 yaşlı mütəxəssis daha əvvəl 2020–2025-ci illərdə “Səbail” futbol klubunun müxtəlif yaş qruplarında çalışıb.
B kateqoriyalı məşqçi 2025-ci ildə “Şəfa” klubunda qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, “Xankəndi” çempionatda 14 turdan sonra 39 xalla "Qaradağ Lökbatan"la birlikdə liderdir.
