Türkiyədə yeni doğulan oğluna Kriştiano Ronaldonun adını qoydu

Türkiyədə yeni doğulan oğluna Kriştiano Ronaldonun adını qoydu

Türkiyənin Diyarbəkir şəhərində maraqlı hadisə qeydə alınıb.

"Mediasport" xəbər verir ki, Rəcəb Karakaş adlı sakin yenicə doğulmuş övladına dünya futbolunun əfsanəsi Kriştiano Ronaldonun adını qoyub.

37 yaşlı ata oğluna dünya futbolunun əfsanəvi simasının adını verməsini portuqaliyalı superulduzun mərhəmətli və insani keyfiyyətlərinin yüksək olması, müsəlmanları sevməsi ilə əlaqələndirib.

Karakaş açıqlamasında bildirib ki, daha bir oğlu olsa, ona da Ronaldonun mərhum atası Joze Diniş Aveyrunun adını qoyacaq.