Peşəkar Futbol Liqası ən yaxşı qolun müəllifini mükafatandırdı

Peşəkar Futbol Liqasının keçirdiyi "Ayın qolu" layihəsinin 2-ci Liqa üzrə mart ayının qalibi mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, "Lerik"in futbolçusu Rəvan Quluzadə hədiyyələrini 21-ci turun "Dinamo" ilə matçından əvvəl alıb.
Mükafatları ona qurumun Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.