Yığmamız Gürcüstana getdi

 Yığmamız Gürcüstana getdi

Azərbaycan millisi Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular arasında keçiriləcək beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq.

Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

İyulun 15-də start götürək və dörd gün davam edəcək turnirdə məşqçilər korpusu 20 boksçunu sınaqdan keçirəcək.

Yarışa Azərbaycan və ev sahibləri ilə yanaşı, Qazaxıstan, İsrail və Ermənistan milli komandaları qatılacaqlar.