Azərbaycan Kuboku keçirildi
Şose velosipedi üzrə Azərbaycan Kuboku yarışı keçirilib.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə iştirakçılar Pirallahı rayonunda fərdi ötüşmə üzrə mübarizə aparıblar.
15 yaşadək oğlanlar arasında 10 km məsafəyə fərdi ötüşmədə İsmayıl Xankişiyev (ROEQİUGVM) birinci olub.
Abdurrəhman Rəfiyev ("AE Cycling School") ikinci, Emil Abbasov ("AE Cycling School") üçüncü yeri tutub.
17 yaşadək oğlanların 20 km məsafəyə fərdi ötüşməsində Raul Mahmudov ("AE Cycling School") qalib gəlib.
Emil Vaxrameyev (ROEQİUGVM) gümüş, İlkin Sadıqzadə ("Təhsil") bürünc medal qazanıb.
Yeniyetmə qızlar arasında isə 10 km məsafədə Məryəm Hüseynova (ROEQİUGVM) ən yaxşı nəticəni göstərib.
Elenika Vəlizadə (ROEQİUGVM) ikinci, Sevinc Sultanzadə ("AE Cycling School") üçüncü olub.
Yarışın ikinci günündə velosipedçilər Qobustan rayonunda qrup ötüşməsi üzrə ən güclüləri müəyyənləşdiriblər.
15 yaşadək oğlanların 60 km məsafəyə qrup ötüşməsində İsmayıl Xankişiyev (ROEQİUGVM) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Anar Mustafazadə ("Təhsil") ikinci, Ayxan Pənahlı ("AE Cycling School") üçüncü olub.
17 yaşadək oğlanlar arasında 80 km məsafəyə qrup ötüşməsinin qalibi Raul Mahmudov ("AE Cycling School") olub.
Əli Zeynalzadə (ROEQİUGVM) ikinci, İlkin Sadıqzadə ("Təhsil") üçüncü yeri tutub.
Yeniyetmə qızların 20 km məsafəyə qrup ötüşməsində isə Məryəm Hüseynova (ROEQİUGVM) qızıl medal qazanıb.
Sevinc Sultanzadə ("AE Cycling School") ikinci, Elenika Vəlizadə (ROEQİUGVM) üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir avqustun 14-15-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə AzVİF-in 2026-cı il üçün təsdiq etdiyi idman təqvim planına əsasən təşkil olunub.


