Yığmamızın 12 üzvü Afinada Avropa çempionatında yarışacaq

 Yığmamızın 12 üzvü Afinada Avropa çempionatında yarışacaq

Azərbaycanın stend atıcıları Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasından "Mediasport"a verilən məlumata görə, ölkəmizi yarışda səngər (Trap) və dairəvi (Skeet) stend üzrə ümumilikdə 12 idmançı təmsil edəcək.

Dairəvi stenddə Niyaz Ağazadə, Fuad Qurbanov, Abidin Əsədullayev, Rigina Meftaxetdinova, Nurlana Cəfərova və Əli Mustafayev mübarizə aparacaqlar.

Səngər stenddə isə Mürtəza Novruzlu, Əli Hüseynli, Aydan Camalova, Nərmin Cəfərova, Əlimirzə Quliyev və Mirmömin Ağazadə çıxış edəcəklər.

Qitə birinciliyi sentyabrın 27-dən oktyabrın 13-dək keçiriləcək.