Biletlər satışa çıxarıldı - Kubokun finalında konsert göstərəcəklər

Futbol üzrə Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, azarkeşlər mayın 31-də keçiriləcək “Qarabağ” - “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından əldə edə bilərlər.
Biletlər həmçinin Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət”, 2 saylı "ASAN xidmət”, 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət” və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərində satışdadır.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək.
Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır. Oyun saat 19:00-da başlanacaq.
Qeyd edək ki, qarşılaşmadan 1 saat əvvəl arenada "Dərviş band" qrupunun iştirakı ilə konsert proqramı təşkil ediləcək.