Meydana çıxmayan komandaya texniki məğlubiyyət veildii

 Meydana çıxmayan komandaya texniki məğlubiyyət veildii

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda aşağı liqalarda yarışan iki komandaya texniki məğlubiyyət qərarı çıxarılıb.

Gənclər Liqasında yarışan "Şamaxı" və U-13 Liqasından "Sumqayıt City" texniki məğlubiyyət alıb.

Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.

"Gənclik şəhəri" klubu isə "Məhəllə Uşaqları" ilə matçda təyin olunan vaxtda meydana çıxmayıb.

Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.