Finalda "Sabah"ı məğlub edən "Qarabağ" çempion adını qazandı
“Sabahın Ulduzları” Bakı Kubokunun U-14 və U-15 Liqalarında çempionlar müəyyənləşib.
"Mediasport" xəbər verir ki, U-14 Liqasında çempionluğu "Qarabağ" qazanıb.
Ağdamlılar finalda "Sabah"dan üstün olublar.
U-15 Liqasında isə çempionluğu "Ulduz" əldə edib. Komanda finalda "Neftçi"yə qalib gəlib.
“Sabahın Ulduzları”. U-14 Liqası. Final
"Qarabağ" – "Sabah" 2:0
Qollar: İbrahim Müzəffərli, 23, Ceyms Eziaşi, 60.
U-15 Liqası. Final
"Ulduz" – "Neftçi" 1:2
Qollar: Nihad: Bəylərli, 4, 37 – Onur Əmirzadə, 66.

