"Sabah"la Konfrans Liqasında mərhələ keçən məşqçi iş axtarır

"Sabah"la Konfrans Liqasında mərhələ keçən məşqçi iş axtarır

2024-cü ilin martından noyabrınadək "Sabah"ın baş məşqçisi olmuş Krunoslav Renduliç Azərbaycanda işlədiyi dönəmi xatırlayıb.

"Mediasport" xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Bakı klubunda fəaliyyətindən danşıb

51 yaşlı məşqçi “Narod.hr” portalına açıqlamasında Azərbaycandakı fəaliyyətinin çox yaxşı macəra olduğunu deyib:

"Orada çox maraqlı idi. Artıq üç aydır ki, evdəyəm. Görək bundan sonra necə olacaq. Mən həmişə yeni çağırışlara açığam".

Qeyd edək ki, "Sabah" Renduliçin rəhbərliyi altında UEFA Avropa Konfrans Liqasında bir mərhələ keçib.