3 Premyer Liqa komandası Hövsandan meydança götürdü

3 Premyer Liqa komandası Hövsandan meydança götürdü

Azərbaycan Premyer Liqasında mübarizə aparan 3 komanda Hövsan Yarış Kompleksinin ərazisindən meydança icarəyə götürüb.

"Mediasport"a verilən məlumata görə, bunlar "Sabah", "Neftçi" və "Zirə" klublarıdır.

Elita təmsilçilərinin aşağı yaş qrupları üzrə komandalarının bəziləri ev oyunlarını məhz yeni istifadəyə verilmiş kompleksdə keçirəcəklər.

Xatırladaq ki, Hövsanda yerləşən kompleksin ərazisində 20 minifutbol meydançası istismara verilib.

Burada ötən ay 189 ölkənin iştirakı ilə FİFA U-15 Dünya Kuboku və Festivalı təşkil olunub.