Premyer Liqa klubunun Qubada oynamasına icazə verilmədi!

“İmişli” klubuna ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirməyə icazə verilməyib.
"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmayıb.
AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.
Xatırladaq ki, İmişli şəhər stadionu ilə bağlı problemə görə yerli klub müvəqqəti olaraq ev oyunlarını Quba stadionunda keçirməklə bağlı PFL-ə müraciət etmişdi.