"Neftçi" ilə vidalaşan futbolçu Portuqaliya klubunda - RƏSMİ

"Neftçi" ilə vidalaşan futbolçu Portuqaliya klubunda - RƏSMİ

Ötən mövsümü "Neftçi"də keçirən Rafael Quzzo karyerasını ölkəsində davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Portuqaliya 2-ci Liqasında mübarizə aparan "Maritimo"ya transfer olub.

Quzzo "Neftçi"nin heyətində bütün turnirlər daxil olmaqla 15 oyuna çıxıb və 3 dəfə sarı vərəqə ilə cəzalanıb.

Rafael karyerası ərzində Azərbaycanla yanaşı, İspaniya və Braziliyada da legioner həyatı yaşayıb.