"Qarabağ"ın oyununa biletlər 3 manatdan satışa çıxarıldı

 "Qarabağ"ın oyununa biletlər 3 manatdan satışa çıxarıldı

Fevralın 1-də Premyer Liqanın 18-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Turan Tovuz" ilə oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qiyməti 3, 7 və 15 manat aralığında olan biletləri iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərsiniz.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Oyun saat 18:30-da başlanacaq.