"Qarabağ" və "Sabah"ın təxirə salınmış matçlarının vaxtı bilindi

"Qarabağ" və "Sabah"ın təxirə salınmış matçlarının vaxtı bilindi

Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” qarşılaşmalarının vaxtı açıqlanıb.

"Mediasport" xəbər verir ki, hər iki matç eyni gündə keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 


Azərbaycan Premyer Liqası. 2-ci tur


17 dekabr (cümə axşamı)

“Sabah” – “Sumqayıt”

“Dalğa Arena”, 15:00

“Qarabağ” – “Kəpəz”

Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30