Avropa Gimnastikasının 32-ci Konqresi Bakıda keçiriləcək
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən idman gimnastikası üzrə Avropa çempionatı çərçivəsində Avropa Gimnastikasının 32-ci Konqresinin 2027-ci ildə Bakıda keçirilməsi ilə bağlı rəsmi imzalanma mərasimi baş tutub.
"Mediasport" xəbər verir ki, Müqavilə Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov və Azərbaycan Gimnastika Federasiyasının baş katibi tərəfindən imzalanıb.
Bununla da 10-11 dekabr 2027-ci il tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək 32-ci Avropa Gimnastikasının Konqresinin təşkili rəsmiləşdirilib.
Konqres çərçivəsində Avropa Gimnastikasına üzv 50 federasiyanın nümayəndələri bir araya gələcək.
Tədbirdə gimnastikanın gələcəyi və inkişaf istiqamətləri, eləcə də təşkilati məsələlərlə bağlı mühüm qərarlar müzakirə olunacaq.


