Millimiz Avropa çempionatında Şimali Makedoniyaya uduzdu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027 mövsümündə Avropa çempionatının I təsnifat raundunda ikinci oyununu keçirib.
"Mediasport" xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan komandamız Şimali Makedoniya kollektivi ilə qarşılaşıb.
Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 4-cü meydançasında təşkil olunan görüş rəqibin qələbəsii lə yekunlaşıb - 2:0.
Yığmamızın son matçı dekabrın 2-də Monteneqro futbolçularına qarşı olacaq.
Xatırladaq ki, U-19 ilk turda Serbiyaya uduzub (0:3).

