Azərbaycan yığmasının 4 üzvü Avropa çempionatında yarışacaq
Azərbaycan millisi Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına yola düşüb.
"Mediasport" xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.
Gənclər arasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar.
Təmsilçilərimiz fərdi və qrup ötüşməsi növlərində mübarizə aparacaqlar.
AÇ oktyabrın 2-7-si aralığında təşkil olunacaq.

