Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

UEFA Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Mərhələnin görüşləri martın 12-si və 19-da keçiriləcək.


UEFA Avropa Konfrans Liqası. 1/8 final


"Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya)

"Fiorentina" (İtaliya) - "Rakuv" (Polşa)

"Lex" (Polşa) - "Şaxtyor" (Ukrayna)

"Kristal Pelas" (İngiltərə) - AEK (Larnaka, Kipr)

"Siqma" (Çexiya) - "Mayns" (Almaniya)

AZ (Niderland) - "Sparta" (Çexiya)

"Çelye" (Sloveniya) - AEK (Yunanıstan)

"Riyeka" (Xorvatiya) - "Strasbur" (Fransa)