15 qat çempion liqadan düşdü, "Vitebsk"dən ardıcıl 2-ci titul

15 qat çempion liqadan düşdü, "Vitebsk"dən ardıcıl 2-ci titul

Belarusun futbol üzrə Yüksək Liqasında 2026-cı il mövsümünün qalibi müəyyənləşib.

“Mediasport” xəbər verir ki, sonuncu – 30-cu turda səfərdə "Belşina"nı 2:0 hesabı ilə məğlub edən “Vitebsk” 68 xalla ardıcıl ikinci dəfə ölkə çempionluğunu rəsmiləşdirib.

Gümüş medallara Minsk “Dinamo”su, bürünc mükafata isə “İsloç” yiyələnib.

Maraqlı məqamlardan biri Belarus nəhəngi, 15 qat ölkə çempionu BATE-nin yüksək liqanı tərk etməsidir.

Borisov təmsilçisi son turda “İsloç”la heç-heçə edib (1:1) və elita ilə vidalaşıb.