FİFA-nın prezidenti Canni İnfantino Rövşən Nəcəfi təbrik etdi - VİDEO

FİFA-nın prezidenti Canni İnfantino Rövşən Nəcəfi təbrik etdi - VİDEO

"Milyonlarla uşağın həyatına təsir edəcək "FİFA Arena" layihəsi çərçivəsində futbol meydançasının açılış mərasimini gerçəkləşdirən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və qurumun prezidenti Rövşən Nəcəfi təbrik edirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri FİFA-nın prezidenti Canni İnfantino rəsmi sosial şəbəkə hesabında paylaşdığı videoçarxda deyib.

O, dünyanın hər bir nöqtəsində yaşayan uşaqların sağlam böyümələri və futboldan həzz almaları üçün bu layihəni davam etdirəcəklərini bildirib:

"Hədəfimiz bu istiqamətdə görülən işlərin sayını artırmaqdır. Dünyanın müxtəlif nöqtələrində (xüsusilə, həyat şəraitinin çətin olduğu coğrafiyalarda) uşaqların futboldan həzz almalarına imkan yaratmaqdır. Bütün uşaqlar təhlükəsiz şəkildə oynamağa və böyüməyə layiqdir".

Xatırladaq ki, 2 gün öncə "FİFA Arena" layihəsi çərçivəsində 247 nömrəli tam məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.