Bu gün Konfrans Liqasının pley-off mərhələsində 8 oyun keçiriləcək

Bu gün Konfrans Liqasının pley-off mərhələsində 8 oyun keçiriləcək

Bu axşam UEFA Avropa Konfrans Liqasında da pley-off mərhələsi start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.

Finlandiyada reallaşacaq "KuPS" - "Lex" qarşılaşmasını Əliyar Ağayevin rəhbərliyində azərbaycanlı hakimlər idarə edəcəklər.

Türkiyənin turnirdə təmsilçisi "Samsunspor" Şimali Makedoniyada meydana çıxacaq.

Cavab matçları fevralın 26-da baş tutacaq.


UEFA Avropa Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyunlar


11:45. "Zrinski" (Bosniya) – "Kristal Pelas" (İngiltərə)

21:45. "Noah" (Ermənistan) – AZ (Niderland)

21:45. "Siqma" (Çexiya) – "Lozanna" (İsveçrə)

21:45. "KuPS" (Finlandiya) – "Lex" (Polşa)

00:00. "Yagelloniya" (Polşa) – "Fiorentina" (İtaliya)

00:00. "Şkendiya" (Şimali Makedoniya) – "Samsunspor" (Türkiyə)

00:00. "Drita" (Kosovo) – "Çelye" (Sloveniya)

00:00. "Omoniya" (Kipr) – "Riyeka" (Xorvatiya)