Azərbaycan dünya birinciliyində 15 idmançı ilə təmsil olunacaq
Azərbaycanın gənc taekvondoçuları Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq dünya birinciliyində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, ölkəmiz yarışda 15 idmançı ilə təmsil olunacaq.
Millimizin heyətində 10 oğlan və 5 qız taekvondoçu mübarizə aparacaq:
Rasim Xəlilov (45 kq), İlyas Hətəmli (48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq), Allahverdi Məmmədov (+78 kq), Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq), Türkan Yuniszadə (59 kq).
Dünya birinciliyi aprelin 12–17-də keçiriləcək.

