Bölgə klubunun avrokubokun 3-cü raundundakı rəqibi məlum oldu
azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandasının EHF Avropa Kubokunun üçüncü mərhələsində rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Mingəçevir təmsilçisi Şimali Makedoniyanın “Çair Skopye” klubu ilə qarşılaşacaq.
Raundun görüşləri noyabrın 7-8-də və 14-15-də keçiriləcək.
Cütün qalibi 2027-ci ilin yanvarında baş tutacaq 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

