Daha bir taekvondoçumuz İsveçrədə qızıl medal qazandı

 Daha bir taekvondoçumuz İsveçrədə qızıl medal qazandı

Gənclərdən ibarət taekvondo üzrə Azərbaycan milli komandasının daha bir üzvü Elcan Əliyev İsveçrənin Eql şəhərində keçirilən Avropa birinciliyinin qalibi olub.

"Mediasport" xəbər verir ki, idmançımız 78 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Azərbaycanın digər təmsilçisi Vasif Səlimov (68 kq) isə gümüş medal əldə edib.

Bununla da Azərbaycan taekvondoçularının qitə yarışında qazandığı medalların sayı 5-ə çatıb.

Daha əvvəl İlyas Hətəmli (48 kq) qızıl, Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) bürünc mükafata sahib çıxıblar.

Azərbaycanın beynəlxalq dərəcəli referisi Aygül Abdullayeva turnirdə ən yaxşı qadın hakim adına layiq görülüb.