Yığmamız Cənubi Koreyada DÇ-ni iki medalla başa vurdu, kubok aldı
Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatına yekun vurulub.
Milli Paralimpiya Komitəsindən "Mediasport"a verilən məlumata görə, Azərbaycan milli komandası mundialı 1 qızıl və 1 bürünc medalla 5-ci yerdə tamamlayıb.
Kişilərdən ibarət yığma K44 kateqoriyası üzrə komanda hesabında yarışın ikincisi olub.
Xatırladaq ki, millinin heyətində Sabir Zeynalov (58 kq) qızıl, İmaməddin Xəlilov (70 kq) bürünc mükafat qazanıb.
Mundialın yekunlarına əsasən, komandamıza 5-ci yeri tutduğuna görə kubok təqdim edilib.

