Azərbaycan karateçisi dünya çempionatına lisenziya qazandı

 Azərbaycan karateçisi dünya çempionatına lisenziya qazandı

Karate üzrə Azərbaycan milli komandasının üzvü Roman Heydərov gələn ay Misirdə təşkil olunacaq dünya çempionatına lisenziya qazanıb.

"Mediasport" xəbər verir ki, idmançımız buna Fransanın paytaxtı Parisdə baş tutan seçimlərdə nail olub.

O, kata yarışlarında uğurla çıxış edib.

Dünya çempionatı 27-30 noyabr tarixlərində Qahirədə keçiriləcək.