Azərbaycanın Olimpiya mükafatçısı Ukraynada seminar keçirəcək

Azərbaycan millisinin karateçisi İrina Zaretska seminar keçirəcək.
"Mediasport" xəbər verir ki, üçqat dünya çempionunun təlimi iyunun 21-də Ukraynanın Odessa şəhərində baş tutacaq.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı müxtəlif yaş qruplarından olan gənc idmançılara məşq keçəcək.
Seminarda həmçinin üçqat Avropa çempionu, ukraynalı Anjelika Terlyuqa da iştirak edəcək.