Azərbaycan karateçisi VI İslam Həmrəyliyi Oyunlarını qalibi oldu

Azərbaycan karateçisi VI İslam Həmrəyliyi Oyunlarını qalibi oldu

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində davam edən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

"Mediasport" xəbər verir ki, 68 kq çəki dərəcəsində yarışan dünya və Avropa çempionumuz finalda türkiyəli Eda Eltemurla qarşılaşıb.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn Zaretska çempion adını qazanıb.

Bu, idmançımızın İslamiadalarda 3-cü çempionluğudur. O, 2017-ci ildə Bakıda, 2021-ci ildə Konyada (Türkiyə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Ər-Riyadda karateçilərimizdən daha əvvəl Roman Heydərov kata yarışlarında bürünc mükafat əldə edib.