Çempionlar Liqasında 5-ci tur: "Qalatasaray" "Aston Vila"ya qarşı
Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu start götürəcək.
"Mediasport" xəbər verir ki, 9 qarşılaşma ilk oyun günündə keçiriləcək.
Türkiyə çempionu "Qalatasaray" İstanbulda "Aston Villa" ilə qarşılaşacaq.
Yarışda təmsilçimiz "Sabah"ın rəqiblərindən "Arsenal" Londonda Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək, "Napoli" isə "Mançester Siti" səfərində meydana çıxacaq.
Raundun digər görüşləri sabaş baş tutacaq.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 5-ci tur
21:45 "Budö-Qlimt" (Norveç) – LASK (Avstriya)
21:45 "Qalatasaray" (Türkiyə) – "Aston Villa" (İngiltərə)
00:00 "Arsenal" (İngiltərə) – "Borussiya" Dortmund (Almaniya)
00:00 "Komo" (İtaliya) – AEK (Yunanıstan)
00:00 "Feyenoord" (Niderland) – "Portu" (Portuqaliya)
00:00 "Mançester Siti" (İngiltərə) – "Napoli" (İtaliya)
00:00 "Leypsiq" (Almaniya) – "Lans" (Fransa)
00:00 "Real" Madrid (İspaniya) – PSV (Niderland)
00:00 "Slovan" (Slovakiya) – "Betis" (İspaniya)

