Azərbaycan klubuna müvəqqəti yeni baş məşqçi təyin edildi
Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan “Şəmkir”ə müvəqqəti yeni baş məşqçisi təyin edilib.
Bu barədə "Mediasport"a klubdan məlumat verilib.
Vüqar Nadirovla vidalaşan qərb təmsilçisini onun köməkçisi olmuş Kamran İsmayılov çalışdıracaq.
Bildirilib ki, komandaya qarşıdakı turlarda İsmayılov rəhbərlik edəcək və məşq prosesi onun nəzarəti altında davam edəcək.
Xatırladaq ki, "Şəmkir" çempionatda geridə qalan 6 tura 9 xal toplayıb. Liderlərin 15 xalı var.
