2-ci Liqaya vəsiqə uğrunda pley-off matçının qalibi müəyyənləşdi
Azərbaycan 2-ci Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutub.
"Mediasport" xəbər verir ki, 2-ci Liqanı 11-ci bitirən "Ağstafa Gəncləri" Region Liqasının gümüş mükafatçısı "Biləsuvar"ı məğlub edib (3:0).
Yevlaxda baş tutan qarşılaşmanın nəticəsinə görə, Ağstafa təmsilçisi 2026/2027 mövsümündə də 2-ci Liqada mübarizə aparacaq.
Azərbaycan 2-ci Liqası. Pley-off
"Biləsuvar" - "Ağstafa Gəncləri" 0:3
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu.


