Azərbaycan çempionatında fantastik hesab qeydə alındı - 10:0!

Azərbaycan çempionatında fantastik hesab qeydə alındı - 10:0!

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 17-ci tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.

Mövsümdə ilk xal itkisinə yol verən lider "Şahdağ Qusar" "Şəmkir"lə bərabərə qalıb.

Şimallıların ən yaxın izləyicisi "Şəfa" Saatlıda "Araz SaatlI"nın daşını daş üstdə buraxmayıb - 10:0. Qollardan 4-nü Premyer Liqadan yaxşı tanıdığımız Amil Yunanov vurub.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 2-ci Liqası. 17-ci tur


“Sheki City” – “Göygöl” 1:1

Şəki şəhər stadionu, 15:30

“Lerik” – “Ağdaş” 3:2

Lənkəran OİK stadionu, 15:30

“Şəmkir” – “Şahdağ Qusar” 1:1

Şəmkir OİK stadionu, 15:30

“Araz Saatlı” – “Şəfa” 0:10

Saatlı OİK stadionu, 15:30


19 mart (çərşənbə)


“Füzuli” – “Hypers Guba”

Şamaxı OİK stadionu, 15:00

“Şimal” – “Qusar”

Siyəzən şəhər stadionu, 15:30

“Kür-Araz” – “Dinamo”

İmişli şəhər stadionu, 15:30