Azərbaycan millisi İsrail yığmasını məğlub etdi - Dünya çempionatı

Azərbaycan millisi İsrail yığmasını məğlub etdi - Dünya çempionatı

Futbol üzrə U-15 Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında daha bir matç keçirib.

"Mediasport" xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv İsrail millisi ilə qarşılaşıb.

Görüş futbolçularımızın 3:1 hesablı qələbəsii lə yekunlaşıb.

Xatırladaq ki, axşam seansında (18:15) rəqibimiz Haiti yığması olacaq.

Qarşılaşmalar Hövsan Yarış Kompleksində baş tutur.

Komandamız turnirdə əvvəlki oyunlarında Timor-Lesteni 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliya kollektivinə uduzub - 1:3.