"Belə rəqiblərlə qarşılaşmaq futbolçuların gələcəyi üçün önəmlidir" - Ayxan Abbasov

"Belə rəqiblərlə qarşılaşmaq futbolçuların gələcəyi üçün önəmlidir" - Ayxan Abbasov

"Portuqaliya ilə oyun bizim ilk rəsmi matçımız olacaq. Səfərdə Portuqaliya, ardından isə evdə Bolqarıstan yığması ilə qarşılaşacağıq"

"Mediasport" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikilərini bölüşüb:

"İlk rəqibimiz Portuqaliya çox güclü komandadır. Son Avropa çempionatında iştirak edən U-21 komandasından hazırda 9 futbolçu heyətdə yer alıb. Böyük klublarda çıxış edən futbolçuları var. Amma biz də matça yaxşı hazırlaşırıq. Belə böyük rəqiblərlə qarşılaşmaq futbolçularımızın gələcəyi üçün önəmlidir. İnanıram ki, həm Portuqaliya, həm də Bolqarıstanla görüşdə yaxşı mübarizə aparacağıq".

Xatırladaq ki, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq Portuqaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.