Nərimanın komandası mövsümə məğlubiyyətlə başladı - VİDEO
ABŞ-nin MLS futbol çempionatında yeni mövsüm start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin bu yaxınlarda müqavilə bağladığı "Kolumbus Kryu" liqaya məğlubiyyətlə başlayıb.
Şərq konfransında yarışan Kolumbus təmsilçisi səfərdə “Portlənd Timbers”lə qarşılaşıb.
Bol qollu matç meydan sahiblərinin 3:2 hesablı qələbəsilə yekunlaşıb.
Xatırladaq ki, klubla 3 illik müqaviləyə qol çəkən Axundzadə viza məsələlərii ilə əlaqədar hələlik ABŞ-yə yollanmayıb.
