Azərbaycan Premyer Liqasının oyunu "İdman" TV-də yayımlanacaq

Azərbaycan Premyer Liqasının 35-ci turunun "Şamaxı” - "Araz-Naxçıvan” oyunu yayımçı kanal "CBC Sport"da canlı təqdim edilməyəcək.
"Mediasport" xəbər verir ki, Peşəkar Futbol Liqası görüşün yayım hüququnu "İdman" TV-yə verib.
"CBC Sport" həmin gün eyni saatda start götürəcək "Zirə" - "Sabah" və "Sumqayıt" – "Turan Tovuz" qarşılaşmalarını canlı yayımlayacaq.
Matçlar saat 17:00-da başlanacaq.