"Turan Tovuz" üçün növbəti rəqib - Türkiyə klubu ilə qarşılaşacaqlar

"Turan Tovuz" üçün növbəti rəqib - Türkiyə klubu ilə qarşılaşacaqlar

Yeni mövsümün hazırlıqlarını Türkiyə davam etdirən "Turan Tovuz"un toplanış çərçivəsində daha bir rəqibi məlum olub.

"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv Türkiyənin 1-ci Liqa təmsilçisi "Çorum"la qarşılaşacaq.

Görüş iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, tovuzlular iyulun 29-da İran çempionu "Traktor"la da üz-üzə gələcək.