"Qəbələ"dən növbəti transfer

"Qəbələ"dən növbəti transfer

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

"Mediasport" xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub.

O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandalarında, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon” klublarında da çıxış edib.