Bölgə təmsilçisindən ayrılan futbolçuların sayı 10-a çatdı
"Şamaxı" daha bir futbolçu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, Arsen Ağcabəyovla başa çatan müqavilənin müddəti uzadılmayıb.
O, başa çatan mövsümdə əyalət təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 31 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bu ayrılığa qədər bölgə klubunu Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov Rodriqo Fernandes və Andrey Tirkoveanu tərk edib.


