Azərbaycanda 23 oyuna 105 qol vuran komandanı siz də tanıyın
Azərbaycan futbolunda maraqlı statistika qeydə alınıb.
"Mediasport" xəbər verir ki, "Qaradağ Lökbatan" bu mövsüm 100 qol həddini keçib.
2-ci Liqada yarışan kollektiv unikal göstəriciyə cəmi 23 oyunda nail olub.
Rəqib qapılarına 105 dəfə yol tapan lökbatanlılar 17 top buraxıblar.
Xatırladaq ki, çempionluğa iddialı "Qaradağ Lökbatan" 2-ci Liqada 63 xalla lider “Xankəndi”dən 3 xal geri qalır.
