Ruslan Hüseynov 5, Ramiz Məmmədov 2 oyunluq cəza aldı
Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov ağır cəzaya məruz qalıb.
"Mediasport" xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisi 5 oyunluq diskvalifikasiya edib.
O, 8-ci turun "Xankəndi" ilə oyununun fasiləsində hakimi təhqir edib. Qırmızı vərəqə ilə cəzalandırılan R.Hüseynov hərəkətinə görə 5 oyunluq cəza alıb.
Komandası isə 1000 manat cərimələnib.
"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov isə 2 oyunluq cəza alıb. Buna "Şəfa" ilə matçın 63-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
Nəticədə mütəxəssisə 2 oyunluq cəza verilib, Mingəçevir təmsilçisi isə 1500 manat ödəməli olacaq.
