Lamin Yamal Azərbaycanın əvəzinə Qazaxıstanın adını səsləndirdi

Lamin Yamal Azərbaycanın əvəzinə Qazaxıstanın adını səsləndirdi

"Barselona"nın futbolçusu Lamin Yamal Azərbaycanla Qazaxıstanı səhv salıb.

"Mediasport" xəbər verir ki, İspaniya milli komandasının hücumçusu azarkeşlər üçün hazırlanana videoçarxda belə bir yanlışlığa yol verib.

18 yaşlı dünya çempionu sorğunun qalibinə Çempionlar Liqası matçına iki bilet və öz imzası olan butslar vəd edib.

O, qalibin Qazaxıstandakı oyuna göndərilməsini istədiyini bildirib, öz də bunu bir neçə dəfə təkrar edib:

"Bu, məndən asılı olsaydı, onlara Qazaxıstandakı oyuna biletlər verər və ora göndərərdim. Qoy Qazaxıstandakı matça getsinlər".

Halbuki futbolçu Azərbaycanın adını çəkməli idi.

"Barselona" noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq.