İlham Əliyev Azərbaycan milli komandasını təbrik etdi - FOTO

İlham Əliyev Azərbaycan milli komandasını təbrik etdi - FOTO

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.

"Mediasport" xəbər verir ki, bu barədə ölkə başçısının rəsmi sosial şəbəkə hesablarında paylaşım olunub:

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram".

Xatırladaq ki, yığmamız turnirin finalında Ukraynanı məğlub edərək (2:0) baş mükafata sahib çıxıb.