Azərbaycanın daha bir cüdoçusu Bakıdakı DÇ-də medal qazandı

 Azərbaycanın daha bir cüdoçusu Bakıdakı DÇ-də medal qazandı

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən dünya çempionatında medal qazanıb.

"Mediasport" xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan Zelim Tçkayev finalda gürcüstanlı Tato Qriqalaşviliyə məğlub olub.

Gərgin keçən görüş 11 dəqiqə davam edib.

Bu, komandamızın mundialda 4-cü mükafatı olub. Daha əvvəl Əhməd Yusifov (60 kq) dünya çempionu adına yiyələnib, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıb.

Milli Gimnastika Arenasında keçirilən DÇ oktyabrın 11-də yekunlaşacaq.