Ən çox medalı Azərbaycan qazandı
Bakıda Xüsusi Olimpiya Avropa Badminton Turniri keçirilib.
"Mediasport" xəbər verir ki, 18 ölkədən idmançıların qatıldığı turnirdə 7 kateqoriya üzrə 24 divizionda mübarizə baş tutub.
Təmsilçilərimiz 10 divizionda çıxış edərək 2 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.
Komandamız bu nəticə ilə ümumi medal sayına görə birinci yeri tutub.
Qadınlar arasında qoşa yarışda Aybəniz Xasməmmədova və Adilə Rəsulova bürünc medal qazanıb.
Birləşmiş qoşa yarışda Nigar Kərimova və Həcər Nuriyeva I divizionda qızıl medala layiq görülüblər.
Kişilər arasında birləşmiş qoşa yarışda Yusif Bağırov və Ülvi Hüseynov I divizionda gümüş mükafata sahib çıxıb.
Qoşa yarışda Əli Əsədov və Rafiq Həsənzadə III divizionda bürünc medala sahib olublar. Maksim Maliqin və Ülvi Musayev isə dördüncü yeri tutublar.
Qadınlar arasında fərdi yarışda Aybəniz Xasməmmədova IV divizionda qızıl, Adilə Rəsulova isə gümüş medal qazanıb. Nigar Kərimova II divizionda dördüncü olub.
Kişilərin fərdi yarışında Yusif Bağırov VII, Rafiq Həsənzadə VIII divizionda bürünc medala layiq görülüblər.
Əli Əsədov X divizionda gümüş, Ülvi Musayev isə həmin divizionda bürünc medal əldə edib. Maksim Maliqin IX divizionda dördüncü yeri tutub.

