Yığmamızla oyunda 41 xal qazanıb ölkəsinin tarixinə düşdü
Qadın basketbolçulardan ibarət İslandiya millisinin üzvü Telma Dis Aqustsdottir AVRO-2029-un seçmə qrup mərhələsinin Azərbaycan yığması ilə matçında rekord göstəriciyə imza atıb.
"Mediasport" xəbər verir ki, komandamızla görüşdə 41 xal toplayan 28 yaşlı hücumçu ölkəsinin tarixinə düşüb.
Telma 27 dəqiqə ərzində üçxallıq atışlardan 13-nü dəqiq yerinə yetirib.
Ona qədərki rekord 35 xalla Anna Mariya Sveynsdottirə məxsus olub.
Qeyd edək ki, yığmamız səfərdə islandiyalılara 41:129 hesabı ilə uduzub.

