Azərbaycanın iki idmançısı dünya çempionatında mübarizə aparacaq

 Azərbaycanın iki idmançısı dünya çempionatında mübarizə aparacaq

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının iki üzvü Niderlandda keçiriləcək dünya çempionatında iştirak edəcək.

"Mediasport"xəbər verir ki, ölkəmiz Amsterdamda Vladimir Morozovun baş məşqçiliyində Ziya Məmmədzadə və Nurlan Paşayevlə təmsil olunacaq.

Dünya birinciliyi avqustun 24-dən 30-dək baş tutacaq.

Yarışda ümumilikdə 60-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.

Avarçəkənlər ikinəfərlik qayıqlarda yüngül çəki dərəcəsində yarışacaqlar.