"Prezident Kuboku 2026" başlandı
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda, Dənizkənarı Bulvar ərazisində keçirilən yelkən idmanı üzrə "Prezident Kuboku 2026" turnirinin ilk günü baş tutub.
"Mediasport" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada idmançılar iki kateqoriya - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə mübarizə aparırlar.
"Prezident Kuboku 2026" bu gün yekunlaşacaq. Turnirin ikinci günündə də idmançılar eyni məkanda - Bakı bulvarında, "Yaxt Klub"un yaxınlığında yarışacaqlar.
Qaliblər iki günün nəticəsinə əsasən müəyyənləşəcək.
